Azərbaycan üçün tarixi gün - VİDEOREPORTAJ

Azərbaycan üçün tarixi gün - VİDEOREPORTAJ
  11 Aprel 2018    Oxunub:4847
Bu gün Azərbaycanda tarixi gündür. Ölkədə növbəti prezident seçkiləri keçirilir.
AzVision.az xəbər verir ki, səsvermə saat 08:00-da başlayıb 19:00-da sona çatacaq. 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilən seçkiləri 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi izləyir.




Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri, dövlət rəsmiləri, hökumət nümayəndələri, millət vəkilləri səsvermə prosesində iştirak ediblər. Ölkə üzrə prezident seçkilərində seçici fəallığı aşkar şəkildə hiss olunur.



Bakı şəhərində yerləşən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 3, 4 və 5 və saylı seçki məntəqələrində səsvermənin gedişatı ilə maraqlandıq. Adıçəkilən seçki məntəqələrində seçici aktivliyi xüsusi ilə diqqət çəkir.



23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsinin sədri Mais Madatov bildirib ki, indiyədək hər hansı neqativ hal müşahidə olunmayıb, seçki tam şəffaf şəkildə keçirilir.

Keçmiş maliyyə naziri Fikrət Yusifov seçki ilə bağlı fikirlərini bölüşüb. Eks-nazir qeyd edib ki, səs verdiyi məntəqədə seçici fəallığı yüksək səvyyədədir.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da seçki prosesində iştirak edib. Baş bankir jurnalistlərə açıqlamasında səsvermənin şəffaf keçirildiyini, insanların aktiv şəkildə iştirak etdiyini deyib.



Həmsöhbət olduğumuz digər seçicilər də prezident seçkilərinin yüksək səviyyədə keçirildiyini, hər hansı qanun pozuntunsa rast gəlmədiklərini söyləyiblər.



Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Seçki   Məntəqə   Səsvermə  





Xəbər lenti