"Facebook"da siyasi qrupların fəaliyyəti yoxlanılacaq
Dinləmələrdəki sualların çoxu istifadəçilərin məlumatlarının təhlükəsizliyinə, habelə Rusiyanın sosial şəbəkələr vasitəsilə Amerikadakı seçkilərə müdaxilə etməsi ehtimalına aid olub. Dinləmələrdə Zukerberq belə bir məsələdə məsuliyyəti öz üzərinə götürüb ki, “Facebook” 87 milyon istifadəçisinin şəxsi məlumatlarının “Cambridge Analytica” şirkəti tərəfindən toplanmasına yol verməklə yanlış addım atıb. Belə ki, bu, seçkilərin gedişatına təsir göstərə bilərdi. M,Zukerberq Senatın hüquq və ticarət məsələləri komitələrinin üzvlərinə bildirib ki, “Facebook” şirkətinin administrasiyası məlumatların toplanmasını “qapalı iş” hesab edib və düşünüb ki, bu informasiya “Cambridge Analytica” şirkəti tərəfindən silinəcək. Zukerberq vurğulayıb: “Onlar bizə dedilər ki, məlumatlardan istifadə etməyiblər və onları siliblər. Biz həmin səhvə bir daha yol verməyəcəyimizə əmin olmaq üçün siyasətimizi yenilədik”.
M.Zukerberq “Facebook” adından söz verib ki, bundan sonra onun şirkəti sosial şəbəkənin platformasında reklam elanları yerləşdirən siyasi qrupların mənşəyini yoxlayacaq. (AzərTAc)
AzVision.az