Şahin Diniyev `Rəvan`a keçir

  06 Oktyabr 2013    Oxunub : 463
Şahin Diniyev `Rəvan`a keçir
Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Şahin Diniyevin işsiz günləri başa çatmaq üzrədir.
AzVsison.az `Virtualaz.org`a istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin Bakının “Rəvan” klubunun sükanı arxasına keçəcəyi gözlənilir. Hazırda Diniyevlə klub rəhbərliyi arasında danışıqlar gedir. Millinin sabiq çalışdırıcısının “Rəvan”a keçidinin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Diniyev istefaya göndərilmiş Vladislav Qədirovu əvəz etməyə hazırlaşır. Qeyd edək ki, 3 ildir işsiz olan Diniyev sonuncu dəfə Rusiyanın “Terek” klubunda fəaliyyət gəstərib. “Rəvan”ın cari mövsümdə artıq iki baş məşqçini istefaya göndərdiyin də yada salaq. Qədirovdan öncə Ramil Əliyev də paytaxt təmsilçisi ilə yollarını ayırıb.

Teqlər: