Radikalların mitinqi: Sayları mini keçmədi - (FOTOLAR+VİDEO)

Radikalların mitinqi: Sayları mini keçmədi - (FOTOLAR+VİDEO)
  14 Aprel 2018    Oxunub:6921
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şura və Müsavatın bu gün keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.

AzVision.az-ın verdiyi xəbərə görə, məlumatda bildirilib ki, aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.



***
Müxalifətin Milli Şura adlı radikal qrupu və Müsavat partiyasının növbəti birgə aksiyası başa çatıb.

AzVision.az xəbər verir ki, azsaylı qrupun mitinqi Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi ilə "Məhsul" stadionunda keçirilib. Budəfəki mitinqə gələnlərin sayı xeyli az olub. Məlumata görə, iştirakçıların sayı min nəfərə yaxındır.

Qeyd edək ki, Milli Şura və Müsavatın birgə mitinqi digər müxalif partiyalar tərəfindən boykot edilib.













































Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Mitinq   Müxalifət  





Xəbər lenti