“Qəbələ”-“Səbail” oyunu heç-heçə başa çatıb

“Qəbələ”-“Səbail” oyunu heç-heçə başa çatıb
  16 Aprel 2018    Oxunub:1420
Topaz Premyer Liqasının XXIII turunun növbəti oyunları çərçivəsində “Səbail” komandası turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qəbələ”nin qonağı olub.
“Qəbələ” şəhər stadionunda keçirilən matçın birinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab açılmayıb.

İkinci hissənin əvvəlində meydan sahibləri hesabı açıblar. Matçın 55-ci dəqiqəsində F.Muradbəyli qonaqları hesabda irəli çıxarıb - 0:1. 82-cı dəqiqədə “Qəbələ”nin heyətində Kone fərqlənərək, hesabı bərabərləşdirib. Beləliklə, görüş 1:1 hesabı ilə başa çatıb.

Bu görüşdən sonra “Qəbələ” 42 xalla ikinci pillədəki mövqeyini qoruyub. “Zirə” isə 36 xalla dördüncü pillədədir. Tura "Zirə"-“Neftçi” , “Sumqayıt”-"Keşlə" oyunu ilə yekun vurulacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti