“Udsaq, bütün meydança boyu qaçacağam”
Joze Mourinyo qeyd edib ki, bu günə qədər avrokuboklarda yüzdən artıq oyun keçirib: “Ona görə də əgər hətta uduzsaq belə, ağlamayacağam. Amma əgər udsaq, 2004-cü ildə olduğu kimi, bütün yüz metrlik meydança boyu qaçmağa başlayacağam”.
Joze Mourinyo Aleks Fergüssonla münasibətlərinin yaxşı olduğunu, şotlandiyalı mütəxəssisə böyük hörmət bəslədiyini bildirib. (qol.az)