Üç ölkənin çempionu məlum oldu

Üç ölkənin çempionu məlum oldu
  16 Aprel 2018    Oxunub:1293
Ötən gün 3 ölkənin futbol çempionatlarında qaliblərin adı məlum olub.
AzVision.az xəbər verir ki, İngiltərə, Fransa və Hollandiya çempionatlarında qaliblər müəyyənləşib.

İngiltərə Premyer Liqasında "Mançester Yunayted" gözlənilmədən "Vest Bromviç"ə məğlub olub. Premyer Liqanın yekunlaşmasına 5 tur qalmış "Mançester Siti" ən yaxın izləyicisi "Mançester Yunayted"i 16 xal qabaqlayaraq çempion olub.

Hollandiya çempionatında lider "PSV" ikinci yerdə qərarlaşan "Ayaks"ı qəbul edib. Rəqibini 3:0 hesabı ilə məğlub edən "PSV" xallarını 80-ə çatdırıb. Çempionatın sonuna 3 tur qalmış ən yaxın izləyicisi olan "Ayaks"ı (70 xal) 10 xal qabaqlayaraq "PSV" çempionluğunu qeyd edib.

Fransa Liqasında "PSJ" "Monako"nu qəbul edib. Rəqibini 7:1 hesabı ilə darmadağın edən "PSJ" xal ehtiyyatını 87-yə çatdırıb. Çempionatın sonuna 5 tur qalmış "PSJ" ən yaxın izləyicisi "Monako"nu (70 xal) 17 xal qabaqlayaraq çempion olub.

AzVision.az


Teqlər: Çempionat   Fransa   İngiltərə   Hollandiya  





Xəbər lenti