Müğənnilərimiz Prezidenti təbrik etmək üçün klip çəkdirdi – VİDEO

Müğənnilərimiz Prezidenti təbrik etmək üçün klip çəkdirdi – VİDEO
  16 Aprel 2018    Oxunub:2284
İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti olmasını təbrik məqsədilə sənətçilərimiz birləşərək “Zəfərə doğru” adlı klip çəkdiriblər.
Layihə rəhbərinin Cəlal Qurbanov olduğu ekran işdinə Xalq artistləri, Əməkdar artistlər, müğənnilər, aparıcılar, bəstəkarlar, aktyorlar, “ASAN” və “Formula 1” könüllüləri yer alıblar.

Klipdə eyni zamanda prezident İlham Əliyevin 88 yaşlı biologiya müəlliməsi Kazımova Emma Əlihəsən qızı da çəkilib.

Türkiyədə yaşayan balaban ifaçısı Əlixan Səmədov da çəkiliş üçün qardaş ölkədən Bakıya gəlib.

Ekran işində incəsənət nümayəndələri ilə yanaşı idmançılar Namiq Abdullayev, Zemfira Mehdəvətdinova, Fərid Mansurov, Toğrul Əsgərov, Olimpiya çempionlarımız rol alıblar.

Ekran işinin çəkilişi AzTV-yə məxsusdur. Layihənin ideya müəllifi arif Alışnov, rejissoru Etibar Babayevdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin iştirakı ilə aparılan çəkiliş İçərişəhərdə baş tutub.

Qeyd edək ki, mahnının sözləri Cəlal Qurbanova, musiqisi Eldar Mansurova məxsusdur.





Teqlər:





Xəbər lenti