Suriya yenə raket zərbələrinə məruz qaldı - (VİDEO)

Suriya yenə raket zərbələrinə məruz qaldı - (VİDEO)
  17 Aprel 2018    Oxunub:2444
Bu gecə Suriyanın Homs əyalətində yerləşən “Şayrat” aviabazası və Dəməşq yaxınlığında yerləşən Dümeyr hava limanına raket zərbələri endirilib.

AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, Suriyanın hava hücumundan müdafiə sistemləri “Şayrat” aviabazasına atılan 6 raketi, Dümeyrə isə atılan 3 raketi vurub.
“Al Masdar” nəşri zərbələrin Suriya ərazisinə Livandan daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirildiyini iddia edib. Məlumat rəsmi olaraq Suriya və İsrail tərəfindən təsdiqlənməyib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Suriya   Rusiya  





Xəbər lenti