AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib. Dövlət başçısı bildirib ki, dağıdılmış məscidləri qəlbimizdə ucaltmışıq: “Torpaqlarımız işğaldan azad ediləndən sonra erməni vandalları tərəfindən dağıdılmış Şuşa məscidinin oxşarını Cocuq Mərcanlıda tikdik. Bu gün o torpaqlarda insanlarımız ibadət edə bilərlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq”.
Prezident İlham Əliyev bildirib ki, Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib: “Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, ruhlandırır”.
AzVision.az