Ermənilər Ağcabədini atəşə tutdu - Bir nəfər yaralandı - (VİDEO)

Ermənilər Ağcabədini atəşə tutdu - Bir nəfər yaralandı - (VİDEO)
  18 Aprel 2018    Oxunub:5302
Erməni silahlı bölmələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

AzVision.az xəbər verir ki, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.



Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb: "Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir".

AzVision.az


Teqlər: Ağcabədi  





Xəbər lenti