“Qəbələ” kubokun finalına yüksəldi

“Qəbələ” kubokun finalına yüksəldi
  19 Aprel 2018    Oxunub:1322
Futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın yarımfinal mərhələsinin cavab oyununda “Neftçi” klubu “Qəbələ” komandası ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyun "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk matçda “Qəbələ” komandası “Neftçi”yə 1:2 hesabı ilə məğlub olsa da, iki qarşılaşmanın nəticəsinə əsasən (4:3) qonaqlar finala yüksəlib.

Qeyd edək ki, finalda "Qəbələ"nin rəqibi “Sumqayıt”ı mübarizədən kənarlaşdıran “Keşlə” komandası olacaq. Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək.

AzVision.az


Teqlər: Qəbələ   Kubok   Final  





Xəbər lenti