Milli Məclisin gündəliyi məlum oldu

Milli Məclisin gündəliyi məlum oldu
  19 Aprel 2018    Oxunub:1049
Parlamentin aprelin 24-də keçiriləcək iclasının gündəliyi məlum olub.
AzVision.az-ın məlumatına görə, iclasın gündəliyinə 19 məsələ daxildir.

Azərbaycanın İnsan Haqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə hesabatı, Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı, “Telekommunikasiya haqqında” qanuna dəyişiklik, “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik, “Televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişiklik, “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik, “Mədəniyyət haqqında” qanuna dəyişiklik, “Məlumat toplularının hüquqi qorunması haqqında” qanuna dəyişiklik, “Memarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik, “Peşə təhsili haqqında” qanun layihəsi yekun oxunuşda, “Məşğulluq haqqında” qanun layihəsi isə I oxunuşda müzakirə olunacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   İclas   Plenar  





Xəbər lenti