"Sumqayıt" - "Qarabağ" oyununun vaxtı dəyişdirildi

"Sumqayıt" - "Qarabağ" oyununun vaxtı dəyişdirildi
  19 Aprel 2018    Oxunub:1223
“Sumqayıt” klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.
AzVision.az PFL-in saytına istinadən xəbər verir ki, klub Topaz Premyer Liqasının XXIV turunda “Sumqayıt” – “Qarabağ” görüşünün nəzərdə tutulan vaxtdan 1 gün sonra – 22 aprel tarixdə keçirilməsini xahiş edib.

“Sumqayıt” klubunun müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan PFL oyunun
22 aprel tarixində keçirilməsinə qərar verib. Matçın başlanma vaxtı saat 19:00 təyin edilib.

AzVision.az


Teqlər: PFL   Sumqayıt   Qarabağ  





Xəbər lenti