Derbi yarımçıq qaldı: Şenol Günəşin başı yarıldı (VİDEO)
"Beşiktaş"ın ehtiyat qapıçısı Tolqa Zəngin onu təhqir etdikləri üçün "Fənərbaxça"lı azarkeşlərlə mübahisə edib. "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş futbolçunu sakitləşdirməyə çalışıb. Bu zaman azarkeşlər tribunadan yad əşyalar atıblar. Nəticədə baş məşqçinin başı yarılıb. O, ambulansa xəstəxanaya aparılıb. Ş.Günəşin başına 5 tikiş qoyulub.
Baş hakim baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.
AzVision.az
Teqlər: Beşiktaş Fənərbaxça Derbi