Əfqanıstanda partlayış: 5 ölü, 14 yaralı

Əfqanıstanda partlayış: 5 ölü, 14 yaralı
  21 Aprel 2018    Oxunub:838
Əfqanıstanın şərqindəki Nangarhar vilayətində yol kənarına yerləşdirilən bomba mülki şəxsləri daşıyan avtobusun hərəkətdə olduğu vaxt partladılıb.
AzVision.az xəbər verir ki, partlayış nəticəsidə 5 mülki şəxs həlak olub, 14 nəfər isə yaralanıb. Xəsarət alanlar arasında uşaqların da olduğu bildirilir.

Qeyd edək ki, partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti