Milli Məclis Novruz Məmmədovun baş nazir olmasına razılıq verdi - (VİDEO)
Müzakirələrdən sonra Milli Məclis Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən, Baş nazirin namizədliyi prezident tərəfindən irəli sürülür və həmin namizəd Milli Məclisə təqdim edilir. Prezident Milli Məclisin razılığı ilə həmin namizədi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis İclas