Rusiyalı rəsmilərə AZINNEX barədə təqdimat edilib

Rusiyalı rəsmilərə AZINNEX barədə təqdimat edilib
  24 Aprel 2018    Oxunub:1085
Rusiya Federasiyasının Ulyanovsk vilayətinin dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz - İnternet Texnologiyaları İnkişafı Korporasiyasının direktoru Svetlana Opyenışevanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” modeli ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdədir.
“ASAN xidmət”dən AzVision.az-a verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri ilə də görüşü keçirilib. Görüşdə AZINNEX, iştirak edən üzv şirkətlərin innovativ məhsul və xidmətləri barədə təqdimatlar edilib.

Görüşdə AZINNEX üzvlərinin Ulyanovsk vilayəti üçün idarəetmənin avtomatlaşdırılması, çoxfunksiyalı elektron xidmətlər və elektron hökumət üzrə təklif edə biləcəkləri real layihələr müzakirə edilib.

Görüş gələcəkdə real əməkdaşlıq imkanları istiqamətində müzakirələrlə yekunlaşdırılıb.

AzVision.az


Teqlər: ASAN-xidmət   AZINNEX  





Xəbər lenti