Yeni nazir Ombudsmanın təklifinə münasibət bildirib
“Hazırda təhsilin məzmunu ilə bağlı əhəmiyyətli işlər həyata keçirilir. Qanunvericilikdə məktəbəqədər təhsil üzrə ayrı-ayrı qurumların səlahiyyətləri, onların funksiyaları tamamilə açıq şəkildə göstərilib. Qanunvericilikdə qeyd olunub ki, məzmuna görə, məktəbəqədər təhsil müəssisələrinin saxlanılmasına görə səlahiyyətlər, onların funksiyaları hansı müvafiq icra hakimiyyəti qurumuna aiddir. Eyni zamanda, özəl məktəbəqədər təhsil müəssisələrin mövcudluğu, onların bütün funksiyaları da göstəriıib. Hesab edirəm ki, Azərbaycanın qanunvericiliyində bütün bunlar çox dəqiq formada öz əksini tapıb".
Aytən Zəhra
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Ceyhun-Bayramov