Futbolçuya təpik atan baş məşqçi cəzalandırılıb

Futbolçuya təpik atan baş məşqçi cəzalandırılıb
  25 Aprel 2018    Oxunub:1768
18 aprel 2018-ci il, 2017/2018 mövsümündə,Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunu olan “Sumqayıt” – “Keşlə” matçının 72-ci dəqiqəsində “Keşlə” klubunun baş məşqçisi Yuri Maksimov aqresiv davranışa görə texniki zonadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalandırılıb və klub 3200 manat cərimə olunub.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, 22 aprel 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XXIV turunun “Sumqayıt” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasov , məşqçisi Seymur Rəhimov və rəsmi şəxsi Elnur İbişov hakimə qarşı emosional tərzdə etiraz etdiklərinə görə onlara xəbərdarlıq olunub.

Bu hal yenidən təkrarlanacağı təqdirdə həmin şəxslər cəzalanacaq.

AzVision.az


Teqlər: AFFA   Cərimə   Məşqçi  





Xəbər lenti