Bekhem səfir oldu

Bekhem səfir oldu
  05 Mart 2013    Oxunub:2076
Məşhur futbolçu Çin Futbolunun səfiri seçilib.
İngiltərə yarımmüdafiəçisi Deyvid Bekhem Çin Futbolunun səfiri olmağa razılıq verib. Futbolçu artıq Çin Futbol Assosiasiyası (CFA) ilə əməkdaşlıqla bağlı razılaşma imzalayıb.

Bekhem Çin superliqasına dünya səviyyəsinə çıxmağa, milli yığmanın nüfuzunun yüksəlməsinə, eləcə də Çinin özündə futbolun avtoritetinin artmasına kömək edəcək.

“Çin futbolunda belə önəmli mövqe tutmaq mənim üçün böyük şərəfdir. Çin futbolunu dünyaya tanıtmaq mənə çox maraqlıdır, çünki görürəm ki, Çində bu oyuna maraq getdikcə artmaqdadır”-deyə Bekhem bildirib.

Çinlə müqavilənin müddəti barədə məlumat verilmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti