Boksçumuz olimpiadaya lisenziya qazanıb

Boksçumuz olimpiadaya lisenziya qazanıb
  26 Aprel 2018    Oxunub:1801
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.
Azərbaycan Boks Federasiyasından AzVision.az-a verilən məlumata görə, Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) Avropa çempionu tituluna yiyələnib. Həmyerlimiz gərgin keçən final döyüşündə hollandiyalı Peer van Cası 3:2 (29:28, 29:28, 27:30, 29:28, 27:30) hesabı ilə məğlub edib. Qələbə boksçumuza qızıl medalla yanaşı, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya da qazandırıb.

Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənov isə ikinci yerlə kifayətlənib. O, finalda rusiyalı Cambulat Bijamova 0:5 (27:30, 28:20, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olub.

Ölkəmiz 1 qızıl və 1 gümüş medalla oğlanlardan ibarət yığmaların komanda hesabında 6-cı yeri tutub.

AzVision.az


Teqlər: Boks   Olimpiada  





Xəbər lenti