Naziri aeroportda saxladılar
Zimbabvenin xarici işlər naziri Simbaraşe Mumbenqeqvi Nyu-Yorkun beynəlxalq Con Kennedi aeroportunda axtarışa məruz qalıb. Nazir Zimbabve nümayəndə heyətinin tərkibində BMT Baş Assambleyasından öz ölkəsinə qayıdan zaman yoxlanılıb. Qeyd edək ki, nümayəndə heyətinə ölkənin prezidenti Robert Muqabe başçılıq edirdi. Axtarış zamanı Zimbabve prezidenti və xanımı, xarici işlər naziri və nümayəndə heyətinə Nyu-Yorku tərk etmək qadağan olunmuşdu.
AzVision.az
Teqlər: