Öcalan Ərdoğanın təklifini rədd etdi

Öcalan Ərdoğanın təklifini rədd etdi
  08 Oktyabr 2013    Oxunub:1395
PKK lideri "demokratikləşmə paketi"ndən məmnun qalmadığını bəyan edib.
İmralıda ömürlük həbs cəzasına məhkum edilən PKK terror təşkilatının başçısı Abdullah Öcalan hökumətin "demokratikləşmə paketi" adlanan qanun layihəsinə münasibət bildirib.

Qardaşı Mehmet Öcalan vasitəsilə tərəfdarlarına səslənən cinayətkar sənəddən məmnun qalmadığını açıq şəkildə bəyan edib. O bildirib ki, paketdə kürdlərin siyasi gələcəyi ilə bağlı heç bir köklü dəyişiklik nəzərdə tutulmayıb. Öcalan iddia edib ki, layihə hökumət və dövlətin birgə təkliflərindən ibarətdir.

Bu arada PKK liderinin açıqlamaları fonunda kürdlərin siyasi arenada yeganə təmsilçisi sayılan Sülh və Demokratiya partiyasında parçalanma başlayıb. Partiyanın sədri Səlahəddin Dəmirtaş bildirib ki, tutduğu vəzifədən istefa verib. Bunun səbəbi kimi isə o partiyadaşları tərəfindən hörmətsizliklə qarşılaşdığını deyib. Artıq partiyadan da Dəmirtaşın istefa verdiyi təsdiqlənib.

AzVision.az


Teqlər:  





Xəbər lenti