Azərbaycan Qran-prisi üçün biletlərin çoxu satılıb

Azərbaycan Qran-prisi üçün biletlərin çoxu satılıb
  26 Aprel 2018    Oxunub:1346
"Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün biletlərin əksəriyyəti sahibini tapıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AzVision.az verilən məlumata görə, Filarmoniya, İçəri Şəhər və Bulvar tribunalarına, həmçinin Abşeron tribunasının “B” və “C” sektorlarına aid biletlərin hamısı satılıb.
Qalan tribunalar üçün biletlər də artıq satılıb qurtarmaq üzrədir. İndiyədək ümumilikdə 68 ölkədən bilet alınıb və satılan biletlərin 45 faizi xarici ölkələrin payına düşür. İlk "onluğ"a Rusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları daxildir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 27 - 29-da keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Azərbaycan   Qran-pri  





Xəbər lenti