Kanada kəşfiyyatı Braziliya nazirlərini izləyirmiş

Kanada kəşfiyyatı Braziliya nazirlərini izləyirmiş
  08 Oktyabr 2013    Oxunub:2313
Kanada ABŞ-la birgə Braziliyanın Mədən sənayesi və energetika nazirliyinə qarşı casusluqda iştirak edib.
AzVision.az xəbər verir ki, Braziliya xarici işlər naziri Luis Alberto Figeyredo Kanada səfiri ilə söhbət gedişatında Latın Amerikası ölkələrində Kanada kəşfiyyatının fəaliyyəti ilə əlaqədar hiddətini ifadə edib.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snoudenin materiallarından məlum olub ki, Kanada ABŞ-la birgə Braziliya Mədən sənayesi və energetika nazirliyinə qarşı casusluqda iştirak edib. Kanada kommunikasiya təhlükəsizlik agentliyi (CSEC) nazirliyin kommunikasiya sxemləri, telefon bağlantıları, elektron poçtları və internet şəbəkələri ilə maraqlanıb. Agentliyin əməkdaşları məmurların telefon danışıqları və elektron yazışmalarını Olympia proqramı vasitəsilə ələ keçiriblər. Həmin məsələ ilə əlaqədar Braziliya prezidenti Dilma Russeff Kanada xarici işlər nazirindən izahat tələb edib. CSEC-in mətbuat katibi isə Braziliya nazirliyində monitorinqin aparılması haqqında suala cavab verməkdən yayınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti