Avropadan gələn məruzəçi Ədliyyə Nazirliyində
Həmçinin bu sahədə Azərbaycanın Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin qaliblərindən olduğu və digər nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına layiq görüldüyü qeyd edilib.
Qonaq Azərbaycan Prezidentinin Sərəncamının müstəsna əhəmiyyətini vurğulayaraq dövlətimizin cəza siyasətinə humanist yanaşmasını təqdir edib, bu sahədə atılan addımların digər ölkələr üçün önəmini vurğulayıb. Xanım N.Nikolai, həmçinin ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyi üzrə həyata keçirilən islahatları böyük maraqla qarşılayaraq faydalı fikir mübadiləsi aparıb.
Səmərəli müzakirələr zamanı Avropa İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi, o cümlədən probasiya, mediasiya və digər prioritet sahələr üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub, qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tədbirdə Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlıq komitəsinin həmsədri, deputat Cavanşir Feyziyev iştirak edib.
AzVision.az
Teqlər: Ədliyyə-Nazirliyi