Azərbaycanın xüsusi təyinatlıları Türkiyədə birinci oldu - VİDEO

AzVision.az-ın məlumatına görə, pentatlon növü üzrə yarışda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri 1-ci yerə çıxıb. Böyük Britaniya xüsusi təyinatlıları ikinci, Pakistan xüsusi təyinatlıları isə üçüncü olub.
Yarışların bu növündə 23 ölkənin hərbçilərindən ibarət komandalar iştirak edib.
Qeyd edək ki, “Efes-2018” təlimlərinin döyüş atışlı hissəsi mayın 7-dən 11-dək keçiriləcək.
Anar Kəlbiyev
AzVision.az