Russel Bakıda ikinci yarışın qalibi oldu - Yenilənib

Russel Bakıda ikinci yarışın qalibi oldu - Yenilənib
  29 Aprel 2018    Oxunub:1649
Bakıda "Formula 2" üzrə ikinci əsas yarış keçirilib.
AzVision.az xəbər verir ki, yarışda 10 komandanı təmsil edən 20 pilot birincilik uğrunda mübarizə aparıb. Pilotlar uzunluğu 6 kilometr olan Bakı trekində 45 dəqiqə ərzində 21 dövrə vurublar.

“ART Grand Prix” komandasının pilotu George Russel 1 dəqiqə 56,891 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. “Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, “Pertamina Prema Theodore Racing”in sürücüsü Nik De Vries üçüncü çatıb.

Qeyd edək ki, bu gün saat 16:10-da Formula 1 Azərbaycan Qran-Prisinin həlledici mərhələsinə start veriləcək.

AzVision.az


Teqlər: Formula-1   Qran-Pri  





Xəbər lenti