Hemilton Azərbaycan Qran-Prisinin qalibi oldu - (Yenilənib)

Hemilton Azərbaycan Qran-Prisinin qalibi oldu - (Yenilənib)
  29 Aprel 2018    Oxunub:3118
"Formula-1" üzrə Azərbaycan Qran-Prisi başa çatıb.

AzVision.az xəbər verir ki, "Mercedes" klubunun pilotu Lüis Hemilton 1:46.842 nəticə ilə birinci yeri tutub.
İkinci pillədə 1:46.675 göstərici ilə "Ferrari" komandasından Kimi Raykonnen, üçüncü isə 1.46.206 göstərici ilə "Force India"-nın pilotu Serxio Perez qərarlaşıb.

Qeyd edək ki, bu, Hemiltonun karyerasında qazandığı 63-cü qələbədir.



***
(16:10)

"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin final mərhələsi başlayıb.

AzVision.az xəbər verir ki, final 51 dövrədən ibarətdir. 20 pilot birincilik uğrunda mübarizə aparır.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Qeyd edək ki, pilotlar aşağıdakı ardıcıllıqla yarışa başlayıblar.

1. Sebastian Fettel 1:42.538 ("Ferrari")
2. Lyuis Hemilton ("Mercedes")
3. Valtteri Bottas ("Mercedes")
4. Daniel Rikkiardo ("Red Bull Racing")
5. Maks Ferstappen ("Red Bull Racing")
6. Kimi Raykonnen ("Ferrari")
7. Esteban Okon ("Force India")
8. Serxio Peres ("Force India")
9. Niko Hülkenberq ("Renault")
10. Karlos Sayns ("Renault")
11. Lens Stroll ("Williams")
12. Sergey Sirotkin ("Williams")
13. Fernando Alonso ("McLaren")
14. Şarl Lekler ("Sauber")
15. Kevin Maqnussen ("Haas")
16. Stoffel Vandorn ("McLaren")
17. Pyer Qasli ("Toro Rosso")
18. Markus Eriksson ("Sauber")
19. Brendon Hartli ("Toro Rosso")
20. Romen Qrojan ("Haas")

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1   Qran-Pri  





Xəbər lenti