Bakı trasında qəzalar: 7 pilot yarışı dayandırdı - FOTO (Yenilənib)
AzVision.az xəbər verir ki, yarışın ilk dəqiqələrində “Force India” komandasının pilotu Eseteban Okon və “Williams” komandasının pilotu Sergey Sirotkin qəza törədib.
"Renault"un pilotu Niko Hülkenberqin bolidinin arxa sol təkərində problem yaranıb. O, bu səbəbdən yarışı tərk edib.
"Red Bull Racing" komandasının iki pilotu da yarışı dayandırmağa məcbur olub. Belə kİ, Daniel Rikkardonun idarə etdiyi bolid trasda Maks Verstapenin bolidinə çırpılıb.
"Haas" komandasının pilotu Romen Qrojanın boliqi 41-ci dövrdə idarəetməni itiriərək divara çırpılıb. Bununla da Romen yarışdan kənarda qalıb.
"Mercedes" komandasının pilotu Valtter Bottasın bolidinin sağ arxa təkəri partlayıb. Bununla da o, yarışı dayandırıb.
Eldar Tanrıverdiyev
AzVision.az