Con Makkeyn xəstəxanaya yerləşdirildi - Vəsiyyət etdi (VİDEO)

Con Makkeyn xəstəxanaya yerləşdirildi - Vəsiyyət etdi (VİDEO)
  30 Aprel 2018    Oxunub:3645
Ötən il beyin xərçəngi diaqnozu qoyulan ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvü Con Makkeyn yenidən xəstəxanaya yerləşdirilib.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu senatorun kürəkəni Ben Domenek bildirib.
Onun sözlərinə görə, 81 yaşlı C.Makkeyn artıq vəsiyyət də edib: “Con məndən qızı Meqanın qayğısına qalmağı xahiş etdi. Mən isə onun xahişini yerinə yetirəcəyimi dedim”.



Qeyd edək ki, C.Makkeyn ötən ay bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilərək əməliyyat olunmuşdu. Onun həyat yaoldaşı C.Makkeynin vəziyyətini stabil olduğunu bildirmişdi.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Senat  





Xəbər lenti