Ermənilər tərkisilah olunur

  09 Oktyabr 2013    Oxunub : 365
Ermənilər tərkisilah olunur
Bu proses artıq bir neçə həftədir ki, başlayıb və könüllü kimi rəsmiləşdirilir.
Ermənistan polisi əhalidən silah və sursatı yığmaqda davam edir. AzVsison.az xəbər verir ki, ANS PRESS Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən bildirir ki, təkcə oktyabrın 7-də İrəvanın 2 nöqtəsində vətəndaşlar anonim şəkildə silah və sursat təhvil veriblər.

Onların göstərdiyi yerə gələn polislər avtomat, tapança, 140-a yaxın patron və 5 ədədə siqnal raketi aşkar ediblər. Həmçinin İrəvan sakini Karen könüllü şəkildə qumbara, 60-dan çox patron və «Karabain» tüfəngi təhvil verib.

Qeyd edək ki, Ermənistandan tərksilah prosesi artıq bir neçə həftədir ki, davam edir və hökumətin könüllü adı altında rəsmiləşdirdiyi bu prosesin arxasında nə durduğu aydın deyil. Böyük ehtimalla hakimiyyətdə olan «Qarabağ» klanı yerli ermənilərin qəzəbindən qorxaraq dinc şəkildə onların əlindəki silahı alır.

Teqlər: