Böyük Britaniya və İran səfirliklərini yenidən açır
Uilyam Xeyq parlamentə bildirib ki, ilkin mərhələdə ölkələr müvəqqəti işlər müvəkkili səviyyəsində təmsil olunacaqlar. Onun sözlərinə görə, İranda Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra Tehranla aparılan dialoqun tonu dəyişilib.
Bununla belə, Xeyq qeyd edib ki, iqtisadi sanksiyaların götürülməsi üçün İran öz nüvə proqramına ciddi dəyişikliklər etməlidir.
Teqlər: