"AŞPA Azərbaycana nəzarət edə bilməz"
Əgər belə bir addım atılmayıbsa, o zaman rüşvət iddiaları birmənalı olaraq böhtan xarakterlidir və təbii ki, qarşı tərəf bu ittihamlara hüquqi qiymət verilməsi üçün müvafiq addımlar ata bilər. Yəni siyasi müstəvidə dilə gətirilən bütün cinayət ittihamları öz təsdiqini tapmırsa, o zaman bu ittihamları irəli sürənlər məsuliyyət daşımalıdırlar. AŞPA hansı qərar verməsindən aslı olmayaraq Azərbaycan bu qurumda fəaliyyətini davam etdirməlidir. Beynəlxalq təşkilatlar da düşmənimiz Ermənistanı tək buraxa bilmərik. Unutçayağın ki, bizim Qarabağ kimi problermimiz var.
AŞPA-nın Azərbaycana ikilistandarları hər zaman müşahidə edilib. Ermənistanla müqayisədə Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdiriblər. Ermənistan da siyasi hakmiyyət dəyişiliyi mülki şəxslərin, dinc mitinqçilərin qətlə yetirilməsi ilə olsa da, AŞPA və digər beynəlxaql təşkilatlar bunu sükutla qarşılayır. Onlarla insan qətlə yetirilir. Yüzlərlə insan həbsə alınır. Jurnalistlər, QHT sədrləri, partiya sədrləri həbs olunur ancaq beynəlxalq qurumlar Ermənistanı “yarımazad” ölkələrin siyahısına daxil edir. Bunun öz artıq AŞPA-nın hansı prinsiplər üzrə çalışdığını ortaya qoyur.
Teqlər: