“Real Madrid” ardıcıl 3-cü dəfə finalda - (VİDEO)

“Real Madrid” ardıcıl 3-cü dəfə finalda - (VİDEO)
  02 May 2018    Oxunub:2589
UEFA Çempionlar Liqasında ilk finalçının adı bəlli olub.
AzVision.az xəbər verir ki, yarımfinalın cavab matçında “Real” “Bavariya”nı qəbul edib. "Santyaqo Bernabeo" stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Səfər görüşündə 2:1 hesabı ilə qələbə qazanan ispanlar iki oyunun nəticəsinə əsasən finala çıxıb.



Qeyd edək ki, bununla “Real” ardıcıl üçüncü dəfə finala vəsiqə qazanıb.

AzVision.az


Teqlər: UCL   Real-Madrid  





Xəbər lenti