“Lotu Quli”nin adamları arasında atışma - Qarayevin qətlinin videosu

“Lotu Quli”nin adamları arasında atışma -  Qarayevin qətlinin videosu
  02 May 2018    Oxunub:48006
Rusiyanın Sankt-Peterburq şəhərində 31 yaşlı azərbaycanlı Füzuli Qarayevi qətlə yetirən 46 yaşlı Mahir Məmmədov həbs edilib.

AzVision.az Rusiya mətbuatına sitinadən xəbər verir ki, Mahir Məmmədov Füzuli Qarayevi aprelin 30-da axşam saatlarında güllələyərək öldürüb.
Məlum olub ki, hər iki şəxs kriminal dünyada “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun adamı olub.

Tərəflər arasında mübahisə “vəzifə” uğrunda düşüb. Məlumata görə, Mahir “Lotu Quli”nin adından Sankt Peterburqda iş adamlarından xərac yığmaqla məşğul olub. Lakin o, yığılan pulların bir hissəsini "qanuni oğru"dan gizlətdiyi üçün o, bu səlahiyyətindən məhrum edilib.

“Lotu Quli”nin göstərişi ilə Mahirin yerinə Füzuli “təyin” edilib. Bu isə Mahirin xoşuna gəlməyib və Füzilini “söhbət”ə çağırıb. Nəticədə Mahir Füzulinin baş və bədən nahiyəsinə bir neçə dəfə atəş açıb. Qarayev aldığı güllə yarasından hadisə yerində ölüb.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Quli   Rusiya   Qətl  





Xəbər lenti