Birinci sinif şagirdini döyən müəllim işdən çıxarıldı - VİDEO

Birinci sinif şagirdini döyən müəllim işdən çıxarıldı - VİDEO
  02 May 2018    Oxunub:5661
Bakının 189-190 saylı orta məktəbində 1-ci sinif şagirdini döyən müəllimə işdən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə şagirdin valideyni Xanım Əliyeva sosial şəbəkədə məlumat yayıb. O, məsələyə vaxtında reaksiya verildiyi üçün Təhsil Nazirliyinə və aidiyyatı şəxslərə minnətdarlığını bildirib.

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov isə AzVision.az-a bildirib ki, sözügedən məsələ ilə bağlı hazırda araşdırma aparılır.

“Araşdırma bu gün bitəcək və nəticələri barədə rəsmi açıqlama veriləcək”.

Qeyd edək ki, valideyn qələmin mürəkkəbini partanın üzərinə tökdüyü üçün qızının müəllim tərəfindən döyüldüyünü bildirib. Bu məsələ sosial şəbəkələrdə geniş rezonans doğurub.



Aytən Zəhra
AzVision.az


Teqlər: Bakı   Müəllim   Şagird   Məktəb  





Xəbər lenti