Mariya Stadnik Avropa çempionatının finalında

Mariya Stadnik Avropa çempionatının finalında
  02 May 2018    Oxunub:1935
Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
AzVision.az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.

Komandamızın lideri Mariya Stadnik (50 kq) finala yüksəlib. Güləşçimiz finalda Rumıniya idmançısı Emilia Vuçla qarşılaşacaq.

Digər güləşçimiz Səbirə Əliyeva (76 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

AzVision.az


Teqlər: Mariya-Stadnik   Güləş   Avropa-Çempionatı  





Xəbər lenti