Güləş yığmamız Avropa üçüncüsü oldu

Güləş yığmamız Avropa üçüncüsü oldu
  03 May 2018    Oxunub:1865
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilib.
Azərbaycan Güləş Federasiyasından AzVision.az-a verilən məlumata görə, çempionatda yunan-Roma güləşi yarışları başa çatıb. Yığmamız çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Qızıl medalı yığmamıza Eldəniz Əzizli (55 kq) qazandırıb. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) qazandırıb.

Bu nəticə ilə yığmamız komanda hesabında 113 xal toplayaraq Avropa üçüncüsü olub. Rusiya 169 xalla birinci, Gürcüstan 127 xalla ikinci olub.





AzVision.az


Teqlər: Güləş   Rusiya   Çempionat  





Xəbər lenti