Ermənilər Ağdamda mülki şəxsləri atəşə tutub - VİDEO (YENİLƏNİB)
Müdafiə Nazirliyindən bildirilib ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır, cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə AzVision.az-a bildirib ki, bu cür hadisələr rayonun cəbhə xəttinə yaxın ərazilərində tez-tez təkrarlanır.
“5 əməkdaşımız dünən axşam saatlarında idarənin balansında olan subartezian quyusunun təmiri ilə məşğul olurdular. Cəbhə xəttinə yaxın ərazi olduğu üçün gündüz orada işləmək çətindir. Axşam təxminən 7-9 radələrində həmin ərazilərdə iş aparılır. Dünən də işçilərimiz vəzifələrini yerinə yetirərkən atəş açılıb. Şükürlər ki, xəsarət alan olmayıb. Amma subartezian quyusunda təmir aparan “Kamaz” markalı aqreqat 15 yerindən böyük snyaper güllələri ilə dəlmə-deşik edilib. Gecə işçilərimiz sürünüb çıxıb, amma maşını çıxara bilmədik. Bu gün səhər tezdən maşını çıxardıb, qaraja gətirmişik. Təmirdən sonra işimizi yenidən davam etdirəcəyik”- H.Əzimzadə deyib.
AzVision.az
Teqlər: Ağdam Ermənistan Atəşkəs