Mariya Stadnik 8-ci dəfə Avropa Çempionu oldu - VİDEO

Mariya Stadnik 8-ci dəfə Avropa Çempionu oldu -  VİDEO
  03 May 2018    Oxunub:4692
Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
AzVision.az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.

Komandamızın lideri Mariya Stadnik (50 kq) Almaniya və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Digər güləşçimiz Səbirə Əliyeva (76 kq) isə Macarıstan təmsilçisini məğlub edib və yarımfinala vəsiqə qazanıb.

Mariya Stadnik yarımfinal görüşündə də vaxtından əvvəl qələbə qazanmaqla adını finala yazdırıb. Həlledici görüşdə güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Cəmi 32 saniyə ərzində rəqibini döşəyə çıxmağa peşiman edən Mariya Stadnik Avropa çempionatında növbəti qızıl medalını qazanıb. Buna qədər güləşçimiz 7 dəfə Avropa çempionatının və I Avropa Oyunlarının qalibi olub.



Səbirə Əliyeva isə yarımfinalda Rusiya idmançısına uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq.

59 kq çəkidə yarışan Tatyana Omelçenko da bürünc medal görüşünə çıxacaq, onun rəqibi isə Belarus idmançısı olacaq.

AzVision.az


Teqlər: Mariya-Stadnik   Avropa-Çempionatı  





Xəbər lenti