Avroliqanın finalçıları məlum oldu - VİDEO

Avroliqanın finalçıları məlum oldu - VİDEO
  04 May 2018    Oxunub:1735
Futbol üzrə UEFA Avropa Liqasının finalçıları məlum olub.
AzVision.az-ın məlumatına görə, yarımfinal mərhələsinin maraqlı oyunlarından biri "Atletiko Madrid" və "Arsenal" klubları arasında keçirilib. Görüş 1:0 hesabı ilə "Atletiko"nun qələbəsi ilə başa çatıb. Səfərdə 1:1 hesabı ilə heç-heçə edən "Atletiko" iki oyunun nəticəsinə əsasən finala vəsiqə qazanıb.



Digər yarımfinal görüşündə Avstriyanın “Zalsburq” klubu Fransanın "Marsel" komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 2:0 hesabı ilə “Zalsburq”un xeyrinə başa çatıb. İlk görüşdə 0:2 hesabı ilə uduzan Avstriya təmsilçisi bu dəfə eyni hesabla qalib gəldiyindən ikinci finalçının adı əlavə vaxtda bilinib. Əlavə olunmuş dəqiqələrdə rəqib qapısına yol tapan "Marsel" finala vəsiqə qazanıb.



AzVision.az


Teqlər: Marsel   Atletiko   Avroliqa  





Xəbər lenti