Səhiyyə nazirindən yeni baş həkim təyinatı

Səhiyyə nazirindən yeni baş həkim təyinatı
  05 May 2018    Oxunub:1339
Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yeni baş həkim təyin olunub.
Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, Elçin Oqtay oğlu Əmirov Şəki MRX-nın baş həkimi vəzifəsinə təyin olunub.

Buna qədər xəstəxananın baş həkimi vəzifəsini Azad Novruzov icra edib. Bu ilin aprelində A. Novruzov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. (APA)

AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Baş-Həkim  





Xəbər lenti