Güləşçilərimiz üçün 2 qızıl, 3 bürünc şansı

Güləşçilərimiz üçün 2 qızıl, 3 bürünc şansı
  05 May 2018    Oxunub:1508
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
Beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

57 kq-da mübarizə aparan Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan təmsilçilərini tam üstünlüklə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus idmançısına da qalib gələn idmançımız finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olacaq.

65 kq çəkidə yarışan Hacı Əliyev də Avstriya, Türkiyə və Sloveniya təmsilçilərini məğlub edərək finala yüksəlib. Finalda Hacının rəqibi Rusiya idmançısı olacaq.

70 kq-da yarışan Murtuz Müslümov Almaniya və Bolqarıstan idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa təmsilçisi ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub və bürünc medal görüşünə haqq qazanıb.

Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə Ukrayna, ikinci görüşdə Ermənistan idmançısına qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Cəbrayıl Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzub və bürünc medal görüşünə haqq qazanıb.

97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev mübarizəyə 1/4 finaldan qoşulub və Ermənistan təmsilçinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Belarus idmançısı ilə gərgin keçən görüşdə hesab bərabər olsa da son xalı rəqib qazandığından görüşün qalibi olub. İdmançımız bürünc medal görüşünə çıxacaq.

Final görüşləri sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

AzVision.az


Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti