Rəşad Sadıqov "Qarabağ"dan istefa verdi

Rəşad Sadıqov "Qarabağ"dan istefa verdi
  05 May 2018    Oxunub:9208
“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov vəzifəsindən ayrılıb.
AzVision.az-ın klubun saytına istinadən məlumatına görə, Azərbaycanın U-20 və U-21 yığmalarının da baş məşqçisi, eyni zamanda “Qarabağ”ın kapitanı olan Sadıqov işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. “Qarabağ”ın U-19 komandamızın yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medal qazanıb, eyni zamanda UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan təmsilçisi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti