Bakıda ağır yol qəzası: 2 ölü

Bakıda ağır yol qəzası: 2 ölü
  05 May 2018    Oxunub:1965
Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, mayın 4-də saat 18 radələrində Qaradağ rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığında Bakı şəhər sakini Adil Məmmədov idarə etdiyi “Saipa” markalı avtomobili qarşıda gedən Yevlax rayon sakini Rəhman Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinin yarımqoşqusuna, sonradan isə paytaxt sakini Emin Muradovun eyni istiqamətdə idarə etdiyi “Hyundai” markalı avtomobilə vurub.

Nəticədə A.Məmmədov və sərnişinlərindən həmyerlisi Yalçın Ağayev hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti