PKK yenidən ayağa qalxdı

PKK yenidən ayağa qalxdı
  09 Oktyabr 2013    Oxunub:1014
Şırnakda bir qrup maskalı şəxslə polis arasında qarşıdurma baş verib
Türkiyənin Şırnak vilayətində etirazçılarla polis arasında iğtişaşlar baş verib. Vilayətin Cizrə rayonunda üzləri maskalı bir qrup şəxs PKK lideri Abdullah Öcalanın Suriyadan çıxarılmasının 15-ci ildönümü münasibətilə icazəsiz aksiya keçirməyə cəhd edib.Polis dağılmaq istəməyən qrupa qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Ara küçələrə çıxan nümayişçilər yollarda barrikadalar quraraq, nəqliyyatın hərəkətinə mane olublar. Nümayişçilər əraziyə cəlb edilən zirehli texnikaya və toplu-müdaxilə maşınlarına səs bombası, fişəng və molotoff kokteylləri atıblar. Bu zaman polis havaya atəş açaraq, nümayişçiləri dağıtmaq istəyib.

Şırnakın Cizrə rayonunda gərginlik davam edib.

AzVision.az


Teqlər:





Xəbər lenti