Azercell “Əlilliyi olan tələbə və məzunların1-ci əmək yarmarkası”nda
Şirkətin İnsan Qaynaqları Departamentinin nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən əlilliyi olan tələbələr üçün informasiya sessiyaları təşkil edib və şirkətdə mövcud olan vakansiyalar barədə iştirakçıları məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.
Qeyd edək ki, Azercell əlil uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına yardım göstərmək məqsədilə 2014-cü ildən Uşaq Paralimpiya Komitəsinə dəstək verir.
Teqlər: