Aysel "Eurovision"da finala çıxa bilmədi - Yenilənib

Səsvermənin nəticələrinə əsasən, Azərbaycan təmsilçisi müsabiqənin finalından kənarda qalıb. Azərbaycanla yanaşı İslandiya, Belçika, Belarus,Yunanıstan, Ermənistan, İsveçrə, F.Y.R. Makedoniya, Xorvatiya da finala çıxa bilməyib.
Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya isə İkinci yarımfinalda iştirak hüququ qazanıb.
***
(23:43)
Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.
AzVision.az xəbər verir ki, müsabiqədə Azərbaycanı təmsil edən Aysel Məmmədova "X my heart" mahnısını ifa edib. Ağ geyimdə səhnəyə çıxan Ayselin çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, 43 ölkənin qatıldığı "Eurovision-2018" müsabiqəsinin ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də keçiriləcək.
AzVision.az
Teqlər: Eurovision Aysel-Məmmədov